e-Bina – Ağıllı və Rahat İdarəetmə Sistemi

Binalarınızı, yaşayış komplekslərinizi və obyektlərinizi e-Bina ilə daha təhlükəsiz, daha müasir və daha ağıllı idarə edin!

Bir ayın fərqi

Kommunal idarəetmədə gün ərzində təkrarlanan anlar — və e-Bina ilə həmin anların necə keçdiyi.

Vəziyyət
Adi qaydada
e-Bina ilə
Ayın sonu gəlir
Adi qaydadaHər mənzilin borcu Excel-də əl ilə hesablanır, rəqəm günlərlə yığılır
e-Bina iləBorclar avtomatik hesablanır, hesabat hazır vəziyyətdə gözləyir
Sakin ödəniş edir
Adi qaydadaNağd gətirir, qəbz əl ilə yazılır, dəftərə qeyd olunur
e-Bina iləTətbiqdən kartla ödəyir, qəbz avtomatik yaranır
«Mənim borcum nə qədərdir?»
Adi qaydadaİdarəçiyə zəng edir, o da faylı açıb axtarır
e-Bina iləSakin tətbiqdə özü görür — aylıq bölgü və tarixçə ilə
Borclulara xəbərdarlıq
Adi qaydadaSiyahı süzülür, hər kəsə tək-tək zəng edilir
e-Bina iləBlok və ya mərtəbə seçilir, SMS bir dəfəyə göndərilir
Sayğac göstəriciləri
Adi qaydadaMənzil-mənzil gəzilir, rəqəmlər kağıza yazılır
e-Bina iləSistemə daxil edilir, hesablama və tarixçə özü aparılır
«Bu ay nə qədər yığdıq?»
Adi qaydadaBir neçə fayl açılır, sətirlər toplanır, nəticə şübhəli qalır
e-Bina iləBir ekranda: hesablanan, yığılan və yığım faizi — anlıq
Rəhbərliyə hesabat
Adi qaydadaFayl yığılır, formatlanır, saatlar gedir
e-Bina iləİstənilən siyahı bir kliklə Excel-ə çıxır

Binada bir gün

Maşın gəlir, ödəniş edilir, xəbərdarlıq gedir, hesabat yığılır — hamısı özü işləyir.

Biz Kimik?

e-Bina, bina və obyekt idarəçiliyi üçün bütün əsas funksiyaları birləşdirən innovativ platformadır. Məqsədimiz, idarəetmə komandalarına və sakinlərə tam rahatlıq, şəffaflıq və təhlükəsizlik təqdim etməkdir. Bizim sistemlər ödənişlərin toplanmasını, giriş-çıxış nəzarətini və təhlükəsizliyi tam şəkildə idarə etməyə imkan yaradır.

e-Bina idarəetmə paneli

Təklif Olunan
Həllər

eBINA mülk sahibi sahibkarlar və sakinlər üçün bir çox müxtəlif həllər təklif edir. Bu həllər bina idarə heyətinin və sakinlərin işlərini asanlaşdırır.

Şlaqbaum və Avtomatik Nömrə Tanıma Sistemi

Şlaqbaum və Avtomatik Nömrə Tanıma Sistemi

Yaşayış kompleksiniz və ya obyektiniz üçün avtomatik nömrə tanıma sistemləri ilə inteqrasiya olunmuş şlaqbaumlar təklif edirik.

Avtomobil nömrələri avtomatik tanınır, icazəli maşınlar rahat keçid edir.

İdarəçilər giriş-çıxış məlumatlarını sistemdə izləyə bilər.

Əl ilə icazə vermək əvəzinə, proses avtomatlaşdırılır.

Şlaqbaum və Kamera Satışı – Tam Həll Paketi!

Şlaqbaum və Kamera Satışı – Tam Həll Paketi!

Təhlükəsizlik sistemləriniz üçün yalnız proqram təminatı deyil, həm də bütün lazımi avadanlıqları və onların quraşdırılmasını təklif edirik.

Avtomatik nömrə tanıma kameraları

Yüksək keyfiyyətli şlaqbaum sistemləri

Liftlər üçün xüsusi giriş kartları və terminallar

Avadanlıqların satışı + peşəkar quraşdırma + texniki dəstək – hamısı bir paketdə!

SMS və Bildirişlər vasitəsilə İdarəçi-Sakin Əlaqəsi

SMS və Bildirişlər vasitəsilə İdarəçi-Sakin Əlaqəsi

İdarəetməni daha sürətli və daha effektiv hala gətiririk!

Sakinlər vacib yeniliklərdən və ödənişlərdən dərhal xəbər tutur.

Təcili elanlar və bildirişlər dərhal göndərilir.

İdarəçilər üçün asan kommunikasiya və xəbərdarlıq sistemi.

Effektiv və müasir ünsiyyət kanalı!

Geniş Analitik və Hesabat Sistemi

Geniş Analitik və Hesabat Sistemi

İdarəçilər üçün bütün məlumatları real vaxt rejimində izləməyə imkan verən analitik sistem təqdim edirik.

Maliyyə hesabatları və ödəniş statistikasını bir yerdə izləyin.

Sakinlərin borc və depozit vəziyyətini anlıq izləyin.

Təhlükəsizlik və giriş-çıxış məlumatlarını dərhal yoxlayın.

İdarəetmədə tam nəzarət və şəffaflıq!

İşçi Heyətinin İdarə Edilməsi və Vəzifə Bölgüsü

İşçi Heyətinin İdarə Edilməsi və Vəzifə Bölgüsü

Bina və komplekslərin səmərəli idarə edilməsi üçün işçi heyətinin optimallaşdırılmasını təmin edirik.

İşçi bölgüsünü sistemdə təyin edin.

Hər işçinin vəzifə öhdəlikləri izlənilir

Tapşırıqları və hesabatları avtomatlaşdırılır

Effektiv komanda idarəetməsi üçün ideal həll!

Tez-tez Verilən Suallar

Bu həll nədir və mənzil idarəçiliyimə necə fayda verə bilər?

Platformamız sakin ödənişlərinin toplanmasını sadələşdirmək, balansları izləmək və sakinlər ilə əlaqəni idarə etmək üçün tam bir həldir. Veb və mobil tətbiqlərimiz ilə bina idarəçiliyinizi rahat və effektiv edə biləcəksiniz.